...

Heydər Əliyev Mərkəzi Küveyt Dövlətinin medalı ilə təltif olunub

Cəmiyyət Materials 4 Noyabr 2013 14:38 (UTC +04:00)
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Küveyt Dövlətində Mərkəzin təşkil etdiyi konkur yarışına görə Küveyt Atçılıq Federasiyasının medal və təşəkkür plaketi ilə təltif olunub.
Heydər Əliyev Mərkəzi Küveyt Dövlətinin medalı ilə təltif olunub

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Küveyt Dövlətində Mərkəzin təşkil etdiyi konkur yarışına görə Küveyt Atçılıq Federasiyasının medal və təşəkkür plaketi ilə təltif olunub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzinin idman sahəsinin inkişafına dəstək layihəsi çərçivəsində 2013-cü il martın 7-də təşkil olunan turnirdə 147 idmançı iştirak edib.

Yarış Küveytdə yaşayan azərbaycanlıları özündə birləşdirən "Vətənsevər" Dostluq Cəmiyyəti və "Küveyt-Azəri" müəssisəsi ilə birgə, Azərbaycan Respublikasının Küveytdəki səfirliyinin dəstəyi ilə keçirilib.

Tədbir çərçivəsində qonaqlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar, onlara ümummilli lider haqqında ərəb və ingilis dillərində nəşr olunmuş kitablar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti