...

“Alfa Sığorta” şirkətində körpə dünyaya gəldi

Cəmiyyət Materials 17 Fevral 2014 12:21 (UTC +04:00)
10 fevral 2014 cü il tarixində doğulmuş balaca qızcığazın çəkisi 2.5 kq, boyu 47 sm-dir.
“Alfa Sığorta” şirkətində körpə dünyaya gəldi

Azərbaycan, bakı, 17 fevral /Trend/

"Alfa Sığorta" şirkətində körpə dünyaya gəldi. 10 fevral 2014 cü il tarixində doğulmuş balaca qızcığazın çəkisi 2.5 kq, boyu 47 sm-dir. Valideynləri yenicə doğulmuş körpəyə Mədinə adını verdilər.

Şirkətdən Trend-ə verilən məlumata görə, sığortalı tərəfindən 10 fevral 2014 cü il tarixində şirkətin tibbi iddialar şöbəsinə daxil olmuş zəngə əsasən məlum olmuşdur ki, sığortalı paytaxtın özəl klinikalarından bininin doğum şöbəsinə müraciət etmişdır. Dərhal şirkətin tibbi iddialar şöbəsinin əməkdaşları həmin özəl klinika ilə əlaqə saxlayaraq ananın və körpənin vəziyyətilə maraqlanmışlar. Daha sonra şöbənin işçiləri klinikada körpəni və ananı ziyarətinə getmiş və körpənin dünyaya gəlməsi münasibətilə valideynləri təbrik etmişlər. Valideynlər "Alfa Sığorta" tərəfindən göstərilmiş bu qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

Hal-hazırda körpənin və ananın vəziyyəti normaldır.

Qeyd edək ki, körpənin atası 07 yanvar 2014 cü ildən etibarən "Alfa Sığorta" şirkəti tərəfindən tibbi sığorta üzrə təminat altına alınmışdır. Tibbi sığorta paketi ailəni əhatə etdiyi üçün körpə artıq "Alfa Sığorta" şirkətində sığortalanmış hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti