...

Türkiyədə məktəblərin planşet kompüterlərlə pulsuz təmin olunması layihəsi reallaşdırılır

Cəmiyyət Materials 17 Fevral 2014 16:27 (UTC +04:00)
Türkiyədə dövlət məktəblərinin 775 min müəllim və şagirdinin planşet kompüterlərlə pulsuz təmin olunmasını nəzərdə tutan "Fatih" layihəsinə start verilib.
Türkiyədə məktəblərin planşet kompüterlərlə pulsuz təmin olunması layihəsi reallaşdırılır

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə dövlət məktəblərinin 775 min müəllim və şagirdinin planşet kompüterlərlə pulsuz təmin olunmasını nəzərdə tutan "Fatih" layihəsinə start verilib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Layihənin işə salınması mərasimində ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iştirak edib.

"Fatih" layihəsi çərçivəsində ölkədəki 3,5 min məktəbin 9-cu siniflərinin 675 şagirdi və 100 min müəllimi pulsuz planşet kompüterlər alacaqlar.

Bundan əlavə, layihədə məktəblərin fənn kabinələrində 80 min "ağıllı lövhə" quraşdırılacaq ki, onların köməyi ilə interaktiv dərslərin keçirilməsi mümkün olacaq.

"Fatih" layihəsi 2012-ci ilin fevralında ölkənin Təhsil Nazirliyinin İnnovasiyalar və Təhsil Texnologiyaları Baş İdarəsi (YEĞİTEK) tərəfindən bir sıra məktəblərdə təcrübi qaydada işə salınıb. Layihə çərçivəsində 200 şagird planşet kompüterlərlə təmin olunub.

Təhsil Nazirliyinin məlumatına görə, 2013-cü il ərzində Türkiyədə 60 165 dövlət təhsil müəssisəsi fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti