...

ADA Universitetində ikinci Karyera Həftəsi keçiriləcək

Cəmiyyət Materials 18 Fevral 2014 11:38 (UTC +04:00)
ADA Universitetinin "Karyera Hazırlıq Mərkəzi" 24-27 fevral 2014-cü il tarixlərində "Azersun Holding"in sponsurluğu və tərəfdaşlığı ilə İkinci Karyera Həftəsi keçirəcək.
ADA Universitetində ikinci Karyera Həftəsi keçiriləcək

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir S.Əhmədova/

ADA Universitetinin "Karyera Hazırlıq Mərkəzi" 24-27 fevral 2014-cü il tarixlərində "Azersun Holding"in sponsurluğu və tərəfdaşlığı ilə İkinci Karyera Həftəsi keçirəcək.

Trend-in ADA Universitetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Karyera Həftəsinin məqsədi müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar vasitəsilə ADA Universitetinin tələbələrini ölkədəki iş bazarı və karyera imkanları ilə tanış etməkdir.

Bununla yanaşı tələbə və məzunlar hökumət, qeyri-hökumət və özəl sektoru təmsil edən qurumların nümayəndələri ilə görüşmək və ünsiyyət qurmaq imkanı əldə edəcəklər. Karyera Həftəsi çərçivəsində tələbələr iş imkanları ilə yanaşı, yay tətili zamanı peşəkar təcrübə keçmək və qısamüddətli iş imkanları ilə də tanış olacaqlar.

Karyera Həftəsi çərçivəsində həm də Karyera Sərgisi təşkil olunacaq. Sərgidə Azərbaycanda fəaliyyət göstərən müxtəlif sektorlardan 90-a qədər çoxsaylı qurum və şirkətlər iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti