...

Bakı-Şamaxı-Yevlax yolunda aparılan yenidənqurma işləri gələn il başa çatacaq

Cəmiyyət Materials 18 İyul 2014 10:37 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax yolunun 45-91-ci km-lik hissəsində əlavə iki zolaq tikilməklə, 1-ci texniki dərəcəli dörd hərəkət zolağına çatdırılması işləri davam etdirilir.
Bakı-Şamaxı-Yevlax yolunda aparılan yenidənqurma işləri gələn il başa çatacaq

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İlkin İzzət/

Bakı-Şamaxı-Yevlax yolunun 45-91-ci km-lik hissəsində əlavə iki zolaq tikilməklə, 1-ci texniki dərəcəli dörd hərəkət zolağına çatdırılması işləri davam etdirilir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, yol boyu 68 ədəd dairəvi, 9 ədəd düzbucaqlı borunun quraşdırılması, 16 ədəd mal-qara keçidi, 2 körpü və 6 yerüstü piyada keçidinin inşası nəzərdə tutulub.

P.Mürsəliyev qeyd edib ki, artıq torpaq işlərinin 40%-i yerinə yetirilib, 25 ədəd dairəvi boru tikilib və tikinti altına düşən kommunikasiya xətlərinin köçürülməsi başa çatdırılıb. Bundan əlavə, yol boyu ərazidə tikintisi aparılan körpülərdən birində svayların tikintisi başa çatdırılaraq digər hissələrin tikintisinə başlanılıb. Üçaşırımlı körpünün uzunluğu 58 m, eni 11,5 m olacaq".

Mətbuat katibi bildirib ki, 2013-cü ilin avqustunda başlanan işlərin 2015-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti