...

Azərbaycan hərbi qulluqçuları ölkədən çıxarkən müvafiq qurumlardan rəsmi icazə alacaqlar

Cəmiyyət Materials 17 Oktyabr 2014 13:08 (UTC +04:00)
Azərbaycan hərbi qulluqçuları ölkədən çıxarkən müvafiq qurumlardan rəsmi icazə almalı olacaqlar
Azərbaycan hərbi qulluqçuları ölkədən çıxarkən müvafiq qurumlardan rəsmi icazə alacaqlar

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan hərbi qulluqçuları ölkədən çıxarkən müvafiq qurumlardan rəsmi icazə almalı olacaqlar.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanununa dəyişikliklər qəbul olunub.

Qanunun 23-cü maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahli birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti