...

Azərbaycanda cəza çəkən 30 iranlı məhkum ölkəsinə təhvil veriləcək

Cəmiyyət Materials 1 Dekabr 2014 10:00 (UTC +04:00)
Azərbaycanda cəza çəkən 30 iranlı məhkum sabah öz ölkəsinə təhvil veriləcək.
Azərbaycanda cəza çəkən 30 iranlı məhkum ölkəsinə təhvil veriləcək

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycanda cəza çəkən 30 iranlı məhkum sabah öz ölkəsinə təhvil veriləcək.

Trend-in sorğusuna cavab olaraq, İranın Azərbaycandakı səfirliyindən bildirilib ki, məhbusların təhvil verilməsi İran və Azərbaycan arasında imzalanmış məhbusların mübadiləsi haqqında müqavilə əsasında həyata keçirilir.

Məlumata əsasən, dekabrın 2-də Azərbaycanın cəzaçəkmə müəssisələrində saxlanılan 30 iranlı məhkum Astara sərhəd-keçid məntəqəsindən İranın məhkəmə sisteminin nümayəndələrinə təhvil veriləcək. Onlar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər.

Qeyd edək ki, hazırda Azərbaycan həbsxanalarında təxminən 130-a yaxın İran vətəndaşı cəza çəkir. Onların çoxu narkotiklərin satışı və daşınmasında ittiham olunur.

Bundan başqa, hazırda Azərbaycanda saxlanılan 52 İran vətəndaşı barəsində isə məhkəmə qərarı çıxarılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti