...

Nazir razılaşmadı: Xidmət keyfiyyəti fərqlidir

Cəmiyyət Materials 26 Dekabr 2014 15:35 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev turizm xidmətlərinin qiymətlərinin baha olması səbəbindən yerli turistlərin bayram günlərində xaricə istirahətə getmələri barədə səslənən fikirlərlə razılaşmayıb.
Nazir razılaşmadı: Xidmət keyfiyyəti fərqlidir

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev turizm xidmətlərinin qiymətlərinin baha olması səbəbindən yerli turistlərin bayram günlərində xaricə istirahətə getmələri barədə səslənən fikirlərlə razılaşmayıb.

Trend-in məlumatına görə, Ә.Qarayev bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycandan xaricə istirahətə getmək istəyən insanlara bununla bağlı hər hansı qadağa qoyula bilməz: "Azərbaycan azad ölkədir. İnsanlar bu gün öz gəlirlərinə baxaraq sərbəst hərəkət edirlər. "Heç kim heç yerə getməsin, hamı öz ölkəsində oturub istirahət etsin" demək də qeyri-mümkündür. İnsan xaricə də getməlidir, oraları da görməlidir".

Nazir bildirib ki, hazırda insanların səfər etdiyi ölkələrdən biri olan Gürcüstanda xidmət qiymətləri ucuz olan hotellər var: "Amma bu hotellərdəki xidmətlərin keyfiyyəti Şahdağ Qış-Yay Turizm Kompeksində olan hotellərin xidmətlərinin keyfiyyətindən fərqlənir".

O, qeyd edib ki, Azərbaycanda həm ucuz, həm də baha qiymətə xidmətlər təklif edən hotellər var. Onların hər birinin yerləri qış turizm mövsümü ilə bağlı artıq dolub: "Bu da onu göstərir ki, onların hər birinin öz istifadəçisi var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti