...

Azərbaycan arxeologiyasına dair yeni əsər çapdan çıxıb

Cəmiyyət Materials 4 Fevral 2015 10:20 (UTC +04:00)
Azərbaycan arxeologiyasına dair yeni əsər çapdan çıxıb.
Azərbaycan arxeologiyasına dair yeni əsər çapdan çıxıb

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan arxeologiyasına dair yeni əsər çapdan çıxıb.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə bildirilib ki, İnstitutun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyiblinin Azərbaycan arxeologiya elminə dair "Leylatəpə mədəniyyətinin qəbir abidələri və dəfn adətləri" adlı yeni kitabı çap olunub. Əsər son xalkolit dövründə - eramızdan əvvəl IV minilliyin birinci yarısında Cənubi Qafqazda, xüsusilə də Azərbaycan ərazisində yayılmış Leylatəpə arxeoloji mədəniyyətinin qəbir abidələrinin tədqiqatına həsr olunub. Əsərdə Qafqazın xalkolit dövrü tarixindəki bu fenomenin müxtəlif tip qəbir abidələrinin - kurqanlar, saxsı qablarda körpə uşaq qəbirləri və torpaq qəbirlər ətraflı tədqiq edilmişdir. Eyni zamanda Leylatəpə mədəniyyətinin qəbir abidələrinin, xüsusilə də kurqanların mənşəyi, dəfn adətləri Ön Asiya - Qafqaz kontekstində təhlil olunub: "Müəllif Maykop mədəniyyəti kurqanlarının mənşəyi məsələsində bəzi tədqiqatçıların bu dövr kurqanlarının Cənubi-Şərqi Avropanın eneolit mədəniyyətləri tayfaları ilə etnik əlaqələri iddiasını təkzib edir və Şimali Qafqazdakı Maykop mədəniyyətinin kurqan ənənəsinin yaradılmasını məhz Cənubi Qafqazdakı Leylatəpə mədəniyyəti ilə bağlılığında görür".

Bu tədqiqat əsərinin bütünlüklə Cənubi Qafqazın son xalkolit dövrü arxeoloji abidələrinin öyrənilməsində müstəsna əhəmiyyəti var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti