...

Azərbaycanda nikaha daxil olmaq istəyənlər arasında talassemiya daşıyıcıları üzrə elektron proqram hazırlanacaq

Cəmiyyət Materials 10 Fevral 2015 19:22 (UTC +04:00)
2015-ci ildə Azərbaycanda nikaha daxil olmaq istəyənlər arasında talassemiya daşıyıcıları üzrə vahid elektron proqram hazırlanacaq.
Azərbaycanda nikaha daxil olmaq istəyənlər arasında talassemiya daşıyıcıları üzrə elektron proqram hazırlanacaq

Azərbaycan, Bakı, 10 fevral /Trend/

2015-ci ildə Azərbaycanda nikaha daxil olmaq istəyənlər arasında talassemiya daşıyıcıları üzrə vahid elektron proqram hazırlanacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planında qeyd olunur.

Səhiyyə və Ədliyyə nazirlikləri car ildə nikaha daxil olmaq istəyənlər arasında talassemiya daşıyıcıları üzrə vahid elektron proqram hazırlayacaq və tətbiq edəcəklər.

Bundan başqa, Səhiyyə Nazirliyi 2015-2016-cı illərdə müasir informasiya texnologiyalarından istifadə etməklə, talassemiya üzərində nəzarət sistemini təşkil edəcək.

Nazirlər Kabineti, Ədliyyə və Səhiyyə nazirlikləri talassemiya daşıyıcılarının aşkar edilməsi sahəsində normativ hüquqi aktlar hazırlamalı və qəbul etməlidirlər.

Ümumilikdə, mütəmadi olaraq Dövlət Proqramının icrasına nəzarətin həyata keçirilməsi və icmal hesabatların hazırlanması Səhiyyə Nazirliyinə tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti