...

Döyüşkən şagirdlərimiz (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2015 17:17 (UTC +04:00)
Təhsil Nazirliyi ilə Müdafiə Nazirliyinin Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində KİV nümayəndələrinin cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə birgə təşkil etdiyi mediatur Tərtər rayonu şəhid F.Həmidov adına Qapanlı kənd tam orta məktəbi ilə tanışlıqla davam etdirilib.
Döyüşkən şagirdlərimiz (FOTO)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyi ilə Müdafiə Nazirliyinin Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində KİV nümayəndələrinin cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə birgə təşkil etdiyi mediatur Tərtər rayonu şəhid F.Həmidov adına Qapanlı kənd tam orta məktəbi ilə tanışlıqla davam etdirilib.

Trend-in məlumatına görə, Qapanlı kənd məktəbinin direktoru Fidan Əliyeva jurnalistlərə deyib ki, indiyədək bu məktəbin 19 məzunu şəhid olub: "Bu ərazidə atəşkəs hər gün pozulur. Bu məktəbin şagirdləri yaşından çox yaşamış şagirdlərdir, hər gün gözləri ilə atəşkəsin pozulmasının şahidi olurlar. Amma biz öz dövlətimizə güvənirik. Bu gün diqqət və qayğı nəticəsində özümüzü güclü hiss edirik. Biz bu məktəbdə əvvəlkindən də yaxşı dərs keçirik".

Daha sonra media nümayəndələri bölgədəki N saylı hərbi hissədə əyani olaraq gənclərin çağırışaqədərki hazırlığı dərsini izləyiblər.

Mediatur çərçivəsində KİV təmsilçilərinin cəbhəyanı bölgələrdə yerləşən məktəblərin pedaqoji kollektivləri və şagirdlərlə görüşü təşkil olunub. Ağcabədi, Ağdam və Tərtər rayonlarına təşkil olunan səfərin təşkilində məqsəd dövlət başçısının "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamına uyğun olaraq, ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti