...

Paytaxtın mərkəzindəki yollardan biri 3 gün bağlı olacaq

Cəmiyyət Materials 24 Fevral 2015 18:12 (UTC +04:00)
Bakının mərkəzi yollarından biri 3 gün bağlı olacaq.
Paytaxtın mərkəzindəki yollardan biri 3 gün bağlı olacaq

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İlkin İzzət/

Bakının mərkəzi yollarından biri 3 gün bağlı olacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, fevralın 24-ü gecə saat 23-dən etibarən Dilarə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən "Azərbaycan Dəmir Yolları" QSC-nin qarşısınadək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq.

ASC alternativ variant kimi 28 May, Nizami, Rixard Zorge, Puşkin küçələrindən istifadə etməyi məsləhət görür. Asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya quyularının dəyişdirilməsi ilə əlaqədar 3 gün müddətinə həmin hissə bağlı olacaq.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti