Azərbaycan, Bakı, 17 aprel /Trend/
Nərimanov rayonu ərazisində yerləşən bir neçə küçədə təmir işləri davam etdirilir.
"Azəryolservis" ASC-dən Trend-ə daxil olan məlumata görə, təmirinə başlanılan Çernyayevski və Arif Heydərov küçələrində asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılıb.
İsmayıl Hidayətzadə küçəsində səki daşları yenilənib, mövcud asfalt-beton örtüyü qaşınaraq ərazidən kənarlaşdırılıb.
Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirlir. Axşam saatlarınadək ərazidə asfalt-beton işlərinin yekunlaşdırılması planlaşdırılır.