...

“Heydər zirvəsi”nə kütləvi yürüş başa çatıb (FOTO)

Cəmiyyət Materials 12 May 2015 13:11 (UTC +04:00)
Ümummilli Lider, görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunmuş kütləvi yürüş uğurla başa çatıb
“Heydər zirvəsi”nə kütləvi yürüş başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İlhamə İsabalayeva/

Ümummilli Lider, görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunmuş kütləvi yürüş uğurla başa çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 1-dən başlayaraq ayrı-ayrı qruplara bölünmüş yürüş iştirakçıları təşkilatlanmış qaydada əvvəlcədən müəyyənləşdirilmiş marşruta uyğun olaraq bələdçilərin müşayiəti ilə "Heydər zirvəsi"nə doğru yürüş edib. Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəyində qurulmuş düşərgədə gecələdikdən sonra dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyət, Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

Artıq xalqın ziyarətgahına çevrilmiş "Heydər zirvəsi"nə mayın 1-11-də Azərbaycanın bütün bölgələrindən ümumilikdə 600-dən artıq ziyarətçi qalxaraq dövlətimizin və ölkəmizin qurucusuna olan səmimi sevgisini, ehtiramını bu möhtəşəm yürüşə qoşulmaqla ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti