...

Azərbaycanla Türkiyə arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Cəmiyyət Materials 11 Avqust 2015 18:06 (UTC +04:00)
Müdafiə naziri Zakir Həsənov Türkiyənin Azərbaycandakı hərbi attaşesi ilə görüşüb.
Azərbaycanla Türkiyə arasında ikitərəfli əməkdaşlığın  perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Müdafiə naziri Zakir Həsənov Türkiyənin Azərbaycandakı hərbi attaşesi ilə görüşüb.

Avqustun 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fəaliyyət müddəti başa çatan Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil olunduğu, regiondakı hərbi-siyasi vəziyyət, hərbi-təhsil məsələləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı Müdafiə naziri general-polkovnik Z.Həsənov Hasan Nevzat Taşdeleri növbəti hərbi rütbə alması münasibətilə təbrik edərək onu "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti