...

Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarından istifadəyə az qaldı (FOTO)

Cəmiyyət Materials 1 Sentyabr 2015 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri başa çatmaq üzrədir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, hazırda son tamamlama işləri görülür. Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun qoyuluşu bu gün başa çatıb. Birləşdirici yol baş yola birləşdirilib.

Eyni zamanda Bakı-Sumqayıt xətti boyunca yerləşən stansiyalarda bəzi tamamlama işləri görülür. Sumqayıt sərnişin stansiyasının köhnə inzibati binasının söküntüsü başa çatmaq üzrədir. Köhnə binanın yerində müasir standartlara uyğun ikimərtəbəli stansiya inşa olunacaq.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir.

Əsaslı təmir işləri tam başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti