Azərbaycan, Bakı, 19 oktyabr /Trend/
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Xızı rayonunda növbəti vətəndaş qəbulu keçiriləcək.
Komitədən Trend-ə verilən məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 23 oktyabr 2015-ci il tarixində Xızı rayonunda vətəndaş qəbulu keçiriləcək.
Qəbulda Xızı, Sumqayıt və Siyəzən şəhərindən olan vətəndaşların müraciətlərinə baxılacaq. Qəbul saat 11:00-da rayonda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsi:
(0233)-15-00-48, (018)-65-2-01-71 daxili (24)