...

Azərbaycanda bütün taksilərdə taksometrlərin quraşdırılması təklif edilir

Cəmiyyət Materials 22 Oktyabr 2015 16:53 (UTC +04:00)
Azərbaycanda bütün taksilərdə taksometrlərin quraşdırılması təklif edilir.
Azərbaycanda bütün taksilərdə taksometrlərin quraşdırılması təklif edilir

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda bütün taksilərdə taksometrlərin quraşdırılması təklif edilir.

Bu təkliflə çıxış edən Milli Məclisin deputatı Musa Quliyev Trend-ə bildirib ki, bütün taksilərdə taksometrlərin quraşdırılması vacibdir: "Taksometr ona görə lazımdır ki, sürücü də, sərnişin də bilsin ki, haradan hara gedib və nə qədər vəsait ödənilməlidir. Bizim taksilərin çoxunda taksometr yoxdur. Təsəvvür edin, bir əcnəbi vətəndaş taksiyə minir və baxır ki, taksometr yoxdur. Bu insan nə qədər vəsait verəcəyini bilmir. Bilmir ki, bunu aldadırlar, ya yox. Elə özümüz də taksiyə minəndə nə qədər pul verəcəyimizi soruşuruq, taksi sürücüsü isə deyir ki, nə istəsən verərsən. Və yaxud elə qiymət deyir ki, reallığa uyğun olmur".

M.Quliyev hesab edir ki, taksometrlər həm də mədəniyyətin yüksəldilməsi üçün vacibdir: "Digər tərəfdən də taksometrlər vergi münasibətlərinin tənzimlənməsi üçün vacibdir. Bəzi "London taksiləri"ndə və digər şirkət taksilərində taksometrlər quraşdırılıb. Amma yaxşı olardı ki, bu, bütün taksilərdə quraşdırılsın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti