Bakı. Trend:
2015-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 460 cinayət işinin ibtidai istintaqı aparılıb.
Trend-in məlumatına görə, bunu bu gün 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə dair kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında baş prokurorun müavini, İdarənin rəisi Kamran Əliyev deyib.
İdarə rəisi bildirib ki, bunlardan 145 cinayət işi Baş İdarə rəisi tərəfindən başlanıb, 90 cinayət işi digər işlərdən ayrılıb, 62 cinayət işinin icraatı təzələnib, 47 cinayət işi Baş Prokurorluq vasitəsi ilə aidiyyəti orqanlardan daxil olmaqla icraata qəbul edilib, 116 cinayət işi isə 2014-cü ildən qalıq qalıb.
Həmin cinayət işləri əsasən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma, rüşvət vermə, nüfuz alveri, saxta sənədlərdən istifadə etmə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və digər faktlarla əlaqədar olub.
Ötən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 460 cinayət işinin ibtidai istintaqı aparılıb
2015-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 460 cinayət işinin ibtidai istintaqı aparılıb.