...

Ağstafada Gürcüstandan gətirilən 3 baş donuz cəmdəyi zərərsizləşdirilib (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2016 19:59 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 16-da Ağstafa rayon Baytarlıq İdarəsi ilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının birgə keçirdiyi reyd zamanı Ağstafa rayonunun Poylu ərazisində 3 baş kəsilmiş donuz cəmdəyi Azərbaycan vətəndaşı Abbasov Şəmkir Əjdər oğlu tərəfindən "VAZ 2107" markalı "25 BF883" dövlət nömrə nişanlı avtomobildə daşınarkən aşkar edilib.

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, cəmdəklərdən götürülən nümunələr baytarlıq laboratoriyasında müayinə olunub. Müayinə zamanı cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz olması müəyyən edilib.

Cəmdəklərin heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq yanvarın 21-də donuz cəmdəkləri Ağstafa rayonu ərazisində olan məişət tullantıları poliqonunda KİV və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər bütün bölgələrdə davam etdiriləcək, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti