...

Deputat: "Kupça"ların verilməsi uzadılmamalıdır

Cəmiyyət Materials 27 Yanvar 2016 16:39
Azərbaycanda sənədsiz tikilən evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir.
Deputat: "Kupça"ların verilməsi uzadılmamalıdır

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda sənədsiz tikilən evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir. Bunu Trend-ə Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı müvafiq qurumların məsələyə daha ciddi yanaşmasının vacibliyini vurğulayıb: "Bunun üçün də dövlət büdcəsindən pul ayırmaq lazım deyil ki. Eyni zamanda yeni binalarda mənzil alan insanlara qeydiyyat sənədlərinin verilməsi uzadılmamalıdır".

Millət vəkili bildirib ki, həmin evlərə sənədlərin verilməsi həm də dövlət büdcəsinə kifayət qədər pul gətirəcək: "Çünki evin texniki pasportu və digər sənədləri alınanda dövlət rüsumu ödənilir. Ölkəmizdə on minlərlə belə ev var. Neçə illərdir insanlar orada yaşayırlar, amma indiyə qədər onlara qeydiyyat sənədi verilməyib. Sənədlər hamısı qara yollarla verilir. Amma belə evlərin sayı çox olduğuna görə müvafiq təşkilatlar bu məsələni həll etməlidir. Bu sənədlərin verilməməsinə heç bir səbəb yoxdur".

M.İbrahimqızı hesab edir ki, bu məsələni "ASAN xidmət"ə də həvalə etmək olar: "ASAN xidmət"ə verilsə, çox asanlıqla həll olunar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti