...

Oğurluqda ittiham olunan şəxs 3 il azadlıqdan məhrum edildi

Cəmiyyət Materials 3 Mart 2016 13:47 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1992-ci il təvəllüdlü Samir Gəraylının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oğurluqda ittiham olunan şəxs 3 il azadlıqdan məhrum edildi

Bakı. Samir Əli-Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1992-ci il təvəllüdlü Samir Gəraylının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Gəraylı 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, S.Gəraylı 7 min manat oğurluqda ittiham edilib. O, Cinayət Məcəlləsinin 177( oğurluq ) maddəsi ilə ittiham edilib.

Məhkəmə istintaqı dövründə zərərçəkənə dəymiş ziyan ödənilib.

Onu da qeyd edək ki, S.Gəraylı Şuşa uğrunda döyüşlərində şəhid olan Sabir Rüstəmovun oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti