...

Soyğunçuluq edən keçmiş məhkumlara hökm oxundu

Cəmiyyət Materials 8 Aprel 2016 17:15 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Fərid Məmmədli və Elman Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Soyğunçuluq edən keçmiş məhkumlara hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Fərid Məmmədli və Elman Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, prosesdə dəstə üzvlərinə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il oktyabr ayında Nizami rayon Polis İdarəsi 24-cü Polis bölməsinin və Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də paytaxtın Nizami rayonu ərazisində Renat Vəliyevin 35 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almış, əvvəllər məhkum olunmuş şəxslər F.Məmmədli və E.Məmmədov Cəlilabad rayonunun ərazisində tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti