...

"Heydər zirvəsi"nə kütləvi yürüş mütəşəkkilliklə başa çatıb (FOTO)

Cəmiyyət Materials 11 May 2016 11:20 (UTC +04:00)
Ümummilli Lider, görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə təşkil olunmuş kütləvi yürüş uğurla başa çatıb.
"Heydər zirvəsi"nə kütləvi yürüş mütəşəkkilliklə başa çatıb (FOTO)

Bakı. Trend:

Ümummilli Lider, görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə təşkil olunmuş kütləvi yürüş uğurla başa çatıb.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Mayın 6-dan başlayaraq qruplara bölünmüş iştirakçılar təşkilatlanmış qaydada əvvəlcədən müəyyənləşdirilmiş marşruta uyğun olaraq bələdçilərin müşayiəti ilə "Heydər zirvəsi"nə doğru yürüş edib.

Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəyində qurulmuş düşərgədə gecələdikdən sonra dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq müasir Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib.

Artıq xalqın ziyarətgahına çevrilmiş "Heydər zirvəsi"nə Azərbaycanın bütün bölgələrindən çoxlu sayda ziyarətçi qalxaraq dünya şöhrətli şəxsiyyətə olan sevgisini və ehtiramını bu möhtəşəm yürüşə qoşulmaqla ifadə edib.

Xatırladaq ki, "Heydər zirvəsi"nə təşkil olunmuş kütləvi yürüşün iştirakçıları may ayının 10-dək ETSN-nin müvafiq əmri ilə Şahdağ Milli Parkının ərazisinə giriş haqqından birdəfəlik azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti