...

Avtobus sürücüləri üçün yeni tələblər təsdiq edildi

Cəmiyyət Materials 30 Sentyabr 2016 16:55 (UTC +04:00)
“Yol hərəkəti haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan layihə müzakirə edilib.
Avtobus sürücüləri üçün yeni tələblər təsdiq edildi

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan layihə müzakirə edilib.

Trend-in məlumatına görə, bu qanunla sərnişin daşınmasını həyata keçirən avtomobillərin (avtobuslar) sürücüləri üçün yaş və təcrübə ilə bağlı daha sərt yeni tələblər müəyyən edilib.

Belə ki, “D” kateqoriyasında olan nəqliyyat vasitələrini idarə etmək üçün yaş həddi 21-dən 23-ə, “DE” kateqoriyasında isə yaş tələbi 24-dən 26-ya qaldırılır. Həmçinin, bu kateqoriyalarda olan nəqliyyat vasitələrini idarə etmək üçün maksimum yaş həddi 65 müəyyənləşdirilir.

Eyni zamanda, "D” kateqoriyası üzrə ümumilikdə azı 5 il sürücülük təcrübəsi, “DE” kateqoriyası üzrə isə təkcə “D” kateqoriyasında azı 3 il sürücülük təcrübəsi tələbi müəyyən edilir.

Qeyd etmək lazımdır ki, "D” kateqoriyasına sərnişin daşınması üçün nəzərdə tutulan və sürücü oturacağından əlavə oturacaq yerlərinin sayı 8-dən artıq olan avtomobillər, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan avtomobillər daxildir. "DE" kateqoriyasına isə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan avtomobillər daxildir.

Dəyişikliklər Milli Məclisdə səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti