...

"TEAS Press" Nəşriyyat Evi yeni veb-saytını istifadəyə verib

Cəmiyyət Materials 8 Noyabr 2016 16:15 (UTC +04:00)
2014-cü ildə fəaliyyətə başlayan "TEAS Press" Nəşriyyat Evi bu günlərdə özünün yeni veb-saytını istifadəyə verib.
"TEAS Press" Nəşriyyat Evi yeni veb-saytını istifadəyə verib

Bakı. Trend:

Azərbaycan oxucusunu müasir dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə tanış etmək məqsədilə 2014-cü ildə fəaliyyətə başlayan "TEAS Press" Nəşriyyat Evi bu günlərdə özünün yeni veb-saytını istifadəyə verib.

www.teaspress.az saytında Nəşriyyat Evinin bütün nəşrləri ilə tanış olmaq, o cümlədən növbəti nəşrlərlə bağlı geniş məlumat əldə etmək mümkündür. Bundan əlavə, veb-saytda qeydiyyatdan keçən oxucular nəşriyyatın bütün kitablarını onlayn sifariş edə bilər. Sərfəli çatdırılma şərtləri təklif edən "TEAS Press" istifadəçilərin rahatlığı üçün hər şeyi düşünüb.

"TEAS Press" Nəşriyyat Evi həm bədii, həm də qeyri-bədii ədəbiyyat kitablarının nəşri ilə məşğuldur və bədii romanlardan detektiv əsərlərinə, biznes haqda kitablardan tarixi əsərlərə qədər bir çox janrda kitablar nəşr edir. Nəşriyyatın “Üç alma uşaq ədəbiyyatı” bölməsində isə azyaşlı oxucular üçün şəkilli, həmçinin yeni oxumağa başlayanlar üçün kitablar, eləcə də yuxarı yaşlı uşaqların mütaliəsi məqsədilə romanlar çap olunur. Bununla yanaşı, nəşriyyatın ingiliscə, rusca, türkcə, fransızca, almanca və ərəbcə olmaqla, 6 xarici dildə nəşrləri var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti