...

Bakıdan Ağsu, İsmayıllı və Göyçaya gedən marşrutların yolu dəyişdirildi

Cəmiyyət Materials 6 Dekabr 2016 17:37 (UTC +04:00)
Qış mövsümü ilə əlaqədar İsmayıllı, Ağsu və Göyçay rayonlarına hərəkət edən sərnişin avtobuslarının yolu dəyişdirilib.
Bakıdan Ağsu, İsmayıllı və Göyçaya gedən marşrutların yolu dəyişdirildi

Bakı. Samir Əli - Trend:

Qış mövsümü ilə əlaqədar İsmayıllı, Ağsu və Göyçay rayonlarına hərəkət edən sərnişin avtobuslarının yolu dəyişdirilib.

Bu barədə Trend-ə Bakı Beynəlxalq Avtovağzalının sahə rəisi Məhəmməd Abdullayev məlumat verib.

Sahə rəisi bildirib ki, avtovağzaldan həmin rayonlara gedən marşrut avtobusları Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə deyil, Bakı-Qazax yolu ilə gedir: "Buna səbəb isə qış aylarında Ağsu dolaylarında avtomobillərin hərəkətinin çətinləşməsidir. Ona görə də artıq bir aya yaxındır ki, həmin marşrutların hərəkət istiqaməti dəyişdirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti