...

Bakı Beynəlxalq Avtovağzalından 50 mindən çox sərnişin yola salınıb

Cəmiyyət Materials 5 Yanvar 2017 11:15 (UTC +04:00)
Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayram günlərində rayonlara daşınan sərnişinlərin sayını açıqlayıb.
Bakı Beynəlxalq Avtovağzalından 50 mindən çox sərnişin yola salınıb

Bakı. Samir Əli - Trend:

Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayram günlərində rayonlara daşınan sərnişinlərin sayını açıqlayıb.

Qurumun sahə rəisi Məhəmməd Abdullayevin Trend-ə bildirib ki, bayram günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 50 min nəfərdən artıq sərnişin yola salınıb.

Onun sözlərinə görə, bu müddətdə rayonlara 1900-dən artıq nəqliyyat vasitəsi yola salınıb: "Hazırda rayonlardan Bakıya gələn sərnişinlərin sayında artım var, müvafiq olaraq, Bakıya gələn avtobusların sayı artırılıb. Bakı Beynəlxalq Avtovağzal Kompleksi artıq adi rejimdə işini davam etdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti