...

Bakı-Şamaxı-Yevlax yolunun daha bir hissəsi təmir olunur (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2017 15:12 (UTC +04:00)
“Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində (daş bazarı) olan yolun təmirinə start verilib.
Bakı-Şamaxı-Yevlax yolunun daha bir hissəsi təmir olunur (FOTO)

Bakı. Trend:

“Azəravtoyol” ASC tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində (daş bazarı) olan yolun təmirinə start verilib.

Qurumdan Trend-ə verilən məlumata görə, təmir işləri “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 m-lik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 m-lik məsafəni əhatə edir. Ümumilikdə təmir işlərinin aparıldığı sahə 17 min kv.m-ə yaxındır.

Bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədi ilə işlər görülür. Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

İşlərin ümumi hərəkətə maksimal dərəcədə mane olmamaq şərti ilə qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti