...

Maştağa-Nardaran avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)

Cəmiyyət Materials 17 Fevral 2018 11:50
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhərinin qəsəbələrini birləşdirən avtomobil yollarının yenidən qurulması işlərini yüksək keyfiyyətlə və sürətlə davam etdirilir.
Maştağa-Nardaran avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhərinin qəsəbələrini birləşdirən avtomobil yollarının yenidən qurulması işlərini yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. AAYDA-dan Trend-ə verilən məlumata görə, vətəndaşların rahatlığı üçün hesablanmış layihələrin icrası nəticəsində son 2 il ərzində təkcə Sabunçu rayonunda ümumi uzunluqları 25.6 km olan 3 qəsəbələrarası avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Bu, Maştağa-Bilgəh, Ramana-Maştağa və Sabunçu-Ramana avtomobil yollarıdır.

Bakı şəhərində avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq cari ildə Sabunçu rayonunda ümumi uzunluqları 18.7 km olan daha 3 qəsəbələrarası avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub ki, artıq onlardan birində işlərə start verilib.

Söhbət 8.3 km uzunluğa malik Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması layihəsindən gedir.

Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yolun hərəkət hissəsində deformasiyalar və dağılmalar yaranıb. Bu isə sözügedən yol ilə hərəkət edən vətəndaşlarımızın haqlı narazılığına səbəb olurdu. Üstəlik yolun ensiz olması və piyadalar üçün səkilərin olamaması hərəkət iştirakçıları üçün problemlərə səbəb olurdu. Məhz bu üzdən agentliyinin rəhbərliyi Maştağa-Nardaran yolunu bu il yenidən qurulması nəzərdə tutulan qəsəbələrarası avtomobil yollarının siyahısına salıb.

Yenidənqurma layihəsinə uyğun olaraq yol eni 6-7 metrdən 12 metrə qədər genişləndirilir.Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu ərazidən asılı olaraq müxtəlif ölçülərə malik yeni piyada səkiləri inşa edilir, kənarlarına isə səki daşları düzülür.

Genişləndirmə işləri zamanı yolun yararsız qruntu qazılaraq çıxarılır, əks dolğu aparılmaqla yeni yol yatağı, həmçinin yol əsası inşa edilir. Yol boyu köhnə yeraltı kommunikasiya xətləri kənarlaşdırılır. Yolun hərəkət hissəsi hazır olan hissələrə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Ümumilikdə yolun hərəkət hissəsinin eni genişlənmədən sonra ortalama 12 metrnəzərə alınmaqla 100 min kv.m sahəyə yüksək keyfiyyətli asfalt örtük salınacaq.

Texnoloji ardıcıllıqla və tərtib olunmuş qrafiklə aparılan tikinti işləri yekunlaşdıqdan sonra yol boyu zəruri yol nişanlarının və məlumatverici lövhələrin quraşdırlması, piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması 3 qəsəbənin 60 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin etməklə, onların Maştağa-Buzovna və Bilgəh-Pirşağı avtomobil yollarına rahat çıxış əldə etməsinə imkan yaradacaq.

Tikinti-quruculuq işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə və sürətlə aparılır. Bunun üçün ərazidə lazımi sayda qüvvə toplanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti