...

İyunun 1-də Bakı küçələrində reyd keçiriləcək - SƏBƏB?

Cəmiyyət Materials 30 May 2018 09:30
İyunun 1-də Bakı yollarında təbliğat xarakterli reyd keçiriləcək.
İyunun 1-də Bakı küçələrində reyd keçiriləcək - SƏBƏB?

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

İyunun 1-də Bakı yollarında təbliğat xarakterli reyd keçiriləcək. Bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, məlum olduğu kimi, iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür:

“Bu məqsədlə təhlükəsizliyi təmin etmək, xüsusilə azyaşlıların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində azyaşlıların həyat və sağlamlığını qorumaq, təbliğat işini gücləndirmək, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması üçün paytaxtın inzibati ərazisinə daxil olan küçə və prospektlərdə təbliğat xarakterli reydlərin keçirilməsi nəzərdə tutulub”.

V.Əsədov qeyd edib ki, bu tədbirdə yol polisinin kiçik yaşlı köməkçiləri də iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti