...

Binəqədidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 2 İyun 2018 16:20 (UTC +04:00)

Bakı. Trend:

Binəqədi Rayonu İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi rayon Gənclər İdman İdarəsi və AZLİNE Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayon Gənclər İdman İdarəsinin rəisi Elvin Süleymanov, AZLİNE Tədris Mərkəzinin direktoru Anar Zərbiyev, AZLİNE Tədris Mərkəzində kurs keçən uşaqlar, Binəqədi rayon sakinləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyada qeydiyyatda olan uşaqlar, Binəqədi rayonunda yaşayan şəhid ailələri, rayon ərazisində yaşayan fiziki qüsurlu uşaqlar və digərləri iştirak edib.

Çıxış edən AZLİNE Tədris Mərkəzinin direktoru Anar Zərbiyev uşaqların ölkəmizin gələcəyi olduğunu və görülən bütün işlərin mərkəzində bu düşüncənin dayandığını deyib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini A.Əliyeva ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan bəhs edib. Natiq son illərdə ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi uşaqlarla bağlı bütün sosial layihələrin mərkəzində uşaqların sağlam mühitdə yaşaması prinsipinin dayandığını deyib.

Tədbir AZLİNE Tədris Mərkəzində fəaliyyət göstərən uşaqların hazırladığı müxtəlif kompozisiyalar ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti