...

Paytaxtın bəzi hissələrində duman müşahidə olunur

Cəmiyyət Materials 28 Noyabr 2018 08:56 (UTC +04:00)
Səhər saatlarında paytaxtın bəzi hissələrində duman müşahidə olunur.
Paytaxtın bəzi hissələrində duman müşahidə olunur

Bakı. Trend:

Səhər saatlarında paytaxtın bəzi hissələrində duman hiss olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Yarımadada gündüz 14-18, Bakıda isə 13-15 dərəcə isti proqnozlaşdırılıb.

Azərbaycanın rayonlarında da gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti