...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2019 15:23 (UTC +04:00)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü qeyd olunub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü qeyd olunub (FOTO)

Bakı. Trend:

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü qeyd olunub.

Trend-in məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin şəxsi heyəti və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə iştirak edən rayon rəhbərliyi ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Tədbir iştirakçıları respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbir Dövlət Himninin ifası ilə başlanılıb.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbirdə Xidmətin fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edərək, xidmət tərəfindən 7 illik fəaliyyət dövründə qarşıya qoyulmuş vəzifələr müvəffəqiyyətlə yerinə yetirilib, ötən müddət ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrinin verildiyini bildirib.

Tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ölkə başçısının müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə 7 il ərzində Xidmət tərəfindən əsaslı tədbirlər görülmüş, səfərbərlik hazırlığı və çağırış işinin təşkili, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilib.

Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi, polkovnik-leytenant Vüqar Seyidov 7 illik fəaliyyətləri dövründə qarşıya qoyulmuş vəzifələr müvəffəqiyyətlə yerinə yetirildiyini, bu müddət ərzində Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısından danışaraq bildirib ki, indi Azərbaycan Silahlı Qüvvələri güclü maddi-texniki bazası, şəxsi heyətinin yüksək döyüş və mənəvi psixoloji hazırlığı ilə seçilir. Artıq müxtəlif ölkələrin gənclərinin respublikamızın müasir şəraiti, hərtərəfli maddi-texniki və tədris bazası ilə seçilən bir sıra ali hərbi təhsil ocaqlarında təhsil almaları da diqqəti çəkən faktdır.

Tədbirdə çıxış edən müharibə veteranları bildiriblər ki, taleyini şərəfli hərbi peşəyə bağlayanların sayının ilbəil artması bu sahəyə hərtərəfli dövlət qayğısından irəli gəlir.

Tədbirin sonunda dəvət olunmuş qonaqlar və xidmətdə fərqlənən əməkdaşlar təltif ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti