...

Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş konsert keçirilib (FOTO)

Cəmiyyət Materials 8 May 2019 02:25 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində ümummilli lider ulu öndər Heydər Əliyevin anadan olmasının 96–cı ildönümünə həsr olunmuş “Onu zaman seçib” adlı konsert proqramı təqdim edilib
Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş konsert keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində ümummilli lider ulu öndər Heydər Əliyevin anadan olmasının 96–cı ildönümünə həsr olunmuş “Onu zaman seçib” adlı konsert proqramı təqdim edilib.

Tədbir Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, Xocavənd Rayon İcra Hakimiyyəti, Kürdəmir Regional Mədəniyyət İdarəsi Xocavənd Rayon Tuğ kənd Uşaq Musiqi məktəbinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşmışdır.

Tədbirdə ümummilli lider Heydər Əliyev haqqında videoçarx nümayiş olundu.

Gecədə Tuğ kənd uşaq musiqi məktəbinin şagirdləri geniş konsert proqramı ilə çıxış etdilər.

Proqramda A.Gərayın, R. Mustafayevin, P. Çaykovskinin, T.Hacıyevin, E.Mansurovun və digər tanınmış bəstəkarların əsərləri səsləndi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti