Bakı. Samir Əli - Trend:
Bakıda keçirilən UEFA Avropa Liqasının final oyunu zamanı azarkeşlərin əksəriyyəti metro nəqliyyatı ilə daşınıb.
Bu barədə Trend-ə özəl açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, final oyunu günü - mayın 29-da metro stansiyaları ilə adi günlərdən fərqli olaraq 162 min nəfərə yaxın çox sərnişin daşınıb: "Adi günlərdə metro nəqliyyatı ilə gün ərzində orta hesabla 600 min nəfərdən artıq sərnişin daşındığı halda, mayın 29-u axşam saat 00:00-a qədər 761 min 717 sərnişin daşınıb.
Mayın 30-u gecə saat 00:00-dan gecə saat 04:00-a kimi isə metro stansiyaları 43 min 529 nəfər sərnişin qəbul edərək mənzil başına çatdırıb. Eyni vaxtda isə təkcə "Koroğlu" stansiyasından 23 min 108 nəfər sərnişin istifadə edib".