...

Paytaxtda uşaqlar üçün təhlükəsiz internetlə bağlı maarifləndirici promo-aksiya təçkil olunub

Cəmiyyət Materials 1 İyun 2019 17:49 (UTC +04:00)
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “ENGINET” şirkəti “Bakcell” mobil operatoru ilə birgə Bakı şəhərində uşaqlar üçün “BİRLink – Mən Sizin Gələcəyinizəm” mövzusunda maarifləndirici promo-aksiya təşkil edib.
Paytaxtda uşaqlar üçün təhlükəsiz internetlə bağlı maarifləndirici promo-aksiya təçkil olunub

Bakı. Trend:

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “ENGINET” şirkəti “Bakcell” mobil operatoru ilə birgə Bakı şəhərində uşaqlar üçün “BİRLink – Mən Sizin Gələcəyinizəm” mövzusunda maarifləndirici promo-aksiya təşkil edib.

“ENGINET” şirkətindən Trend-ə verilən məlumata görə, “ENGINET” və “Bakcell” şirkətlərinin həyata keçirdiyi “Təhlükəsiz İnternet” layihəsi çərçivəsində baş tutmuş aksiya paytaxtın müxtəlif ərazilərində yerləşən parklarda baş tutub.

Tədbir əsnasında “ENGINET” və “Bakcell” şirkətlərinin nümayəndələri uşaqlara və onların valideynlərinə İnternet şəbəkəsinin xüsusən azyaşlılar üçün zərərləri barədə söhbət açıb, onlayn mühitdə uşaq psixikasına uyğun olmayan məlumatlardan qorunmaq üçün İnternetdən təhlükəsiz istifadənin yolları haqda geniş məlumat verib. Bildirilib ki, hazırda “BİRLink” və “Bakcell” abunəçilərinə təqdim olunan “Filtrasiyalı Uşaq İnterneti” xidməti məhz azyaşlıların İnternetdə təhlükəsiz və faydalı zaman keçirməsini təmin etmək üçün yaradılıb və bu xidmət uşaqların İnternetin təhlükəli təsirlərindən qorunmasının öhdəsindən layiqincə gəlir.

Kiçik qruplar üzrə təşkil olunan səyyar promo-aksiya zamanı təşkilatçılar tərəfindən uşaqlara müxtəlif hədiyyələr və mövzuya dair maarifləndirici materiallar təqdim edilib.

Qeyd edək ki, “ENGINET” şirkətinin təqdim etdiyi “Filtrasiyalı Uşaq İnterneti” sayəsində “Bakcell” abunəçiləri öz övladlarının İnternetdən təhlükəsiz istifadəsini təmin edə və onları onlayn mühitdə istənilən zərərli və arzuolunmaz məzmundan qoruya bilirlər. Belə ki, “Bakcell” abunəçiləri mobil operatorun təqdim etdiyi “Təhlükəsiz İnternet” paketini istənilən cihazda – mobil telefon, planşet və ya kompüterdə aktivləşdirməklə övladlarını mobil İnternetdən istifadə edərkən təhlükəli veb-məzmunlardan mühafizə edə bilər.

2009-cu ildən etibarən fəaliyyət göstərən “ENGINET” şirkəti Azərbaycan internet xidmətləri bazarında aparıcı oyunçulardan biridir. Şirkət ilk dəfə olaraq ölkədə FTTH (fiber To The Home – mənzilədək fiberoptik bağlantı) texnologiyasını uğurla tətbiq etmiş və hazırda fiziki və hüquqi şəxs olan abunəçilərinə bu texnologiyaya əsaslanan geniş spektrli telekommunikasiya xidmətləri və həlləri təqdim edir. Azərbaycanda uşaqların internetdən təhlükəsiz istifadəsi konsepsiyasını təmin edən internetin filtrasiyası xidmətinin tətbiqi də məhz “ENGINET” şirkətinin adı ilə bağlıdır. Əlavə məlumat üçün: www.enginet.az

“ENGINET” şirkətinin ticarət markası olan “BİRLink” – FTTH texnologiyasına əsaslanan optik internet, IP televiziya və telefoniya xidmətlərini, eləcə də abunəçilər üçün əlavə dəyər yaradan digər innovativ həlləri özündə birləşdirir. Brendin adı onun fəlsəfəsini dəqiqliklə əks etdirir: təmsil etdiyi qabaqcıl FTTH texnologiyası eyni optik lifli kanal üzərindən keyfiyyətə və sürətə heç bir xələl gəlmədən çoxsaylı xidmətlərin təqdim edilməsini mümkün edir. Hazırda “BİRLink” brendi altında istifadəçilərə bu qəbildən yerli bazarda analoqu olmayan internet filtrasiya, IP telefoniya, statik IP və bulud əsaslı videomüşahidə xidmətləri göstərilir. Əlavə məlumat üçün: www.birlink.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti