...

Kolleclərə ixtisas seçimi bu gün başa çatır

Cəmiyyət Materials 5 Avqust 2019 13:17 (UTC +04:00)
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır
Kolleclərə ixtisas seçimi bu gün başa çatır

Bakı. İlhamə İsabalayeva - Trend:

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan mərkəzindən Trend-ə bildirilib ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

5 avqust saat 09:10-a olan məlumata əsasən ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir:

Azərbaycan bölməsi -12928; rus bölməsi - 263; cəmi - 13191

Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti