...

Bakı metrosu yeni dərs ilindən qış rejiminə keçir - Xəttə əlavə 4 qatar buraxılır

Cəmiyyət Materials 19 Avqust 2019 18:10 (UTC +04:00)
Sentyabrın 16-da ölkədə yeni tədris ilinin başlaması ilə bağlı Bakı metropoliteni yeni iş qrafikinə keçir.
Bakı metrosu yeni dərs ilindən qış rejiminə keçir - Xəttə əlavə 4 qatar buraxılır

Bakı. Samir Əli - Trend:

Sentyabrın 16-da ölkədə yeni tədris ilinin başlaması ilə bağlı "Bakı Metropoliteni" QSC yeni iş qrafikinə keçir.

Bu barədə Trend-ə açıqlamasında QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, yeni tədris ili ilə bağlı hazırlıqlar görülür və bəzi yeniliklər gözlənilir: "Yeni tədris ili üçün bizdə payız-qış qrafikinə keçid başlayır. Qatarların hərəkəti daha da sıxlaşdırılacaq və intervallar azalacaq. Bundan əlavə, yaxın günlərdə iki qatar xəttə buraxılacaq. Bu ayın axırına kimi isə daha iki qatar gətiriləcək. Yeni tədris mövsümündə Bakı metropolitenində kondisionerlə təchiz edilmiş qatarların sayı 11, vaqonların sayı isə 55 olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti