...

İştirak et və qazan! - Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun tamaşaçıları üçün SÜRPRİZ

Cəmiyyət Materials 15 Fevral 2020 11:07 (UTC +04:00)
15 və 16 fevral batut gimnastikası üzrə Dünya Kuboku zamanı tamaşaçılara maraqlı viktorina təqdim olunacaq.
İştirak et və qazan! - Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun tamaşaçıları üçün SÜRPRİZ

Bakı. Trend:

15 və 16 fevral batut gimnastikası üzrə Dünya Kuboku zamanı tamaşaçılara maraqlı viktorina təqdim olunacaq. Belə ki, Milli Gimnastika Arenasında yarış zalındakı böyük ekranda QR kod nümayiş etdiriləcək.

Trend-in məlumatına əsasən, tamaşaçılar bu kodu öz mobil telefonlarının kamerası vasitəsilə skan edərək, açılan səhifədəki sualları cavablandıra biləcəklər. Sualları ən tez və düzgün cavablandırmış şəxs hədiyyələr qazanacaq.

Sabah isə AGF-nin "Facebook" səhifəsindən QR kodu yükləyərək bazar günü keçirilən viktorinanın suallarını cavablandıra bilərsiniz. Viktorina finalçılarla bağlı olacaq. 6 kateqoriya üzrə finalçıların sırasından qalibləri ən tez və ən çox tapmış şəxs Azərbaycan Gimnastika Federasiyasının təqdim etdiyi 2 “Mövsümi Bilet” qazanacaq. Bu biletlərlə həmin şəxslər 2020-ci il ərzində Milli Gimnastika Arenasında keçirilən bütün gimnastika yarışlarını onlara məxsus oturacaqlardan izləmək şansı əldə edirlər.

Lakin burada ƏSAS ŞƏRT qalib şəxsin yarışın final günü Arenada iştirakıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti