...

ADRA kollektivi Xocalı soyqırımını anıb (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2020 10:15 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) kollektivi Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünü anıb.
ADRA kollektivi Xocalı soyqırımını anıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) kollektivi Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünü anıb.

ADRA-dan Trend-ə bildirilib ki, Dövlət Pantomina Teatrında keçirilən təqdbir “Xocalı-bu olub” tamaşasının nümayişi ilə başlayıb. Nümayiş olunan səhnə əsərində faciə qurbanları, onların yaşadıqları dəhşətlər və bu tarixi hadisənin gətirdiyi nəticələr əks olunub.

Tamaşaya baxışdan sonra çıxış edən Agentliyin İdarə Heyətinin sədri Aydın İbadov Azərbaycan Dövlət Pantomima Teatrının kollektivinə bu təsirli tamaşaya görə təşəkkürünü bildirib.

Sədr Xocalı soyqırımının dünyada tanıdılması üçün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində görülən işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində beynəlxalq səviyyədə həyata keçirilən məqsədyönlü təbliğat tədbirləri barədə danışıb.

Səhnə əsərinin müəllifi və quruluşçu rejissoru xalq artisti Bəxtiyar Xanızadə tamaşanın Xocalı soyqırımının tanıdılması məqsədi ilə hazırlandığını qeyd edib. Anım mərasimində Xocalıda dinc və köməksiz insanları qətlə yetirən cinayətkarların dünya ədalət məhkəməsi qarşısında cavab verməli olduğu xüsusi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti