...

Xocalı faciəsi ilə bağlı İKT-lab və Dövlət Komitəsi maarifləndirici tədbir keçirib (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2020 19:02 (UTC +04:00)
Bu gün Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə tədbir keçirib.
Xocalı faciəsi ilə bağlı İKT-lab və Dövlət Komitəsi maarifləndirici tədbir keçirib (FOTO)

Bakı. Trend:

Bu gün Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə tədbir keçirib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə daha çox uşağın iştirakının təmin edilməsi məqsədilə İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin Gəncə, Mingəçevir, Lənkəran şəhərləri, Zaqatala, Şamaxı, Qəbələ rayonlarında yerləşən mərkəzləri vasitəsilə 120-yə yaxın uşağın birbaşa tədbirə qoşulması təmin olunub. Mərkəzdə təşkil olunan tədbirdə birbaşa iştirak edən və rayonlardan onlayn şəkildə qoşulan uşaqlara Xocalı faciəsi barədə ətraflı məlumat verilib.

Bildirilib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində genosid aktı həyata keçirib. 4 ay mühasirədə qalan Xocalı şəhərinə hücum zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-nin taleyi hələ də məlum deyil.

Uşaqların diqqətinə çatdırılıb ki, bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti