...

Azərbaycanda 144 nəfər COVID-19-a yoluxdu, 149 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Cəmiyyət Materials 2 Oktyabr 2020 15:48 (UTC +04:00)
Azərbaycanda 144 nəfər COVID-19-a yoluxdu, 149 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 40 453 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 217 nəfər müalicə olunaraq sağalıb, 594 nəfər vəfat edib, aktiv xəstə sayı 1 642 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 248, ötən müddət ərzində isə ümumilikdə 1 126 538 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti