...

Bakıda torpağın qiyməti bahalaşıb

Cəmiyyət Materials 23 Sentyabr 2021 15:30 (UTC +04:00)
Bakıda torpağın qiyməti bahalaşıb

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda avqust ayı ərzində torpağın qiyməti 3,78 faiz bahalaşıb.

Bu barədə Trend-ə MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, ay ərzində Bakıda torpaq bazarında 1 sotun orta qiyməti 21,500 manatdan 21,800 manata bahalaşıb. O bildirib ki, ay ərzində artım 3,78 faiz, il ərzində isə 2,87 faiz təşkil edib.

Ekspert bildirib ki, torpaq bazarında qiymətin bahalaşması mövsümi xarakter daşıyır. Yay mövsümündə toraq bazarında aktivlik artır ki, bu da qiymətlərin artmasına səbəb olur.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti