Şamaxı. Trend:
Bir çox xəstəliyə qarşı istifadə olunan peyvəndlər insanların həyatını xilas edir. Pandemiya dövründə də koronavirus əleyhinə bir çox peyvənd istifadə olundu və yoluxma sayının azalmasına öz təsirini göstərmiş oldu.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge deyib.
ÜST-nin regional direktoru bildirib ki, COVID-19-a qarşı peyvəndlərin qlobal səviyyədə bütün şəxslər üçün istifadəsi əsas hədəflərdəndir: "İlkin səhiyyə xidmətlərinin xəstəxanadan kənar təsəvvür etmək çətindir. Lakin müəyyən xəstəliklərin əksər hissəsi ilkin tibbi yardım göstərilməklə aradan qaldırıla bilər. Təbii ki, insanlar ilkin xidmətlərə inamla yanaşmalıdır. Bu məqsədlə tibbi işçilərinin bacarıqlarını gücləndirmək vacibdir".
"Mən də Belçikada terapevt olaraq ilkin xidmətlər göstərmişəm. Mən bu işi çox sevirdim. Evlərə gedəndə insanlar məni dost kimi qəbul edib inanırdılar. Onu da qeyd edim ki, ilkin tibbi xidmət göstərdiyim tibb işçisi olaraq da əməkhaqqı yaxşı idi. İşimizin lazımı səviyyədə icrası üçün hər il yeni məlumatlandırıcı təlimlərdən keçirdik, hökumət lazımı ləvazimatlarla təchiz edirdi. Yəni bu iş üçün hərtərəfli dəstək mütləqdir"- Hans Klüge əlavə edib.