...

Payız aylarına kimi pandemiya bitə bilər - Nazir

Cəmiyyət Materials 28 Aprel 2022 13:32 (UTC +04:00)
Payız aylarına kimi pandemiya bitə bilər - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Koronavirusa qarşı peyvəndlərin mövsümi peyvənd kimi istifadə edilməsi ilə bağlı ehtimal mövcuddur.

Trend-in məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ehtimal olunur ki, kollektiv immunitet nəticəsində pandemiyanın sona çatdığı elan olunsun.

“Amma çox ehtiyatlı olmalyıq. Payız aylarına kimi müəyyən gözləntilər var. Payızda sıçrayış olmasa, bu məsələ qapalı kimi elan oluna bilər. Müəyyən vaxt keçdikcə kollektiv immunitet zəifləyir. Bununla bağlı hər hansı bir dəyişiklik olsa ola bilsin ki, COVİD 19-a qarşı mövsümi peyvəndləmə bəyan olunsun”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti