...

Sabah güclü külək əsəcək, arabir yağış yağacaq

Cəmiyyət Materials 23 May 2022 12:52
Sabah güclü külək əsəcək, arabir yağış yağacaq

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 749 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti