...

Bakı-Füzuli-Bakı reysi üzrə birinci avtobus yola düşüb (FOTO)

Cəmiyyət Materials 25 İyun 2022 06:41 (UTC +04:00)
Bakı-Füzuli-Bakı reysi üzrə birinci avtobus yola düşüb (FOTO)

Trend-i buradan izləyin

Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Birinci mərhələdə Bakı-Füzuli-Bakı marşrutu üzrə müntəzəm reyslərin avtobusları həftədə bir dəfə hərəkət edəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev Bakı-Füzuli-Bakı marşrutu üzrə ilk avtobusun yola düşməsi mərasimində deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə sərnişinlər Füzulidə Mərdinli kənd məscidini, şəhərin mərkəzini və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edə biləcəklər.

"Növbəti mərhələdə müvafiq işlər aparıldıqdan sonra reyslərin sayının artırılması nəzərdə tutulur. Hazırda avtobusun tutumu 59 nəfərdir. Bu reys üçün bütün biletlər satılıb", - deyə A.Rzayev bildirib.

O qeyd edib ki, daşımaların təhlükəsizliyini təmin etmək məqsədilə avtobusları Daxili İşlər Nazirliyinin yol-patrul xidmətinin avtonəqliyyat vasitələri müşayiət edəcək, avtobuslarda polis əməkdaşlarının da olması nəzərdə tutulur.

Biletlərin satışı iyunun 17-dən www.yolumuzqarabaga.az portalında onlayn olaraq həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti