...

Laçın dəhlizinə alternativ yoldan yaxın bir həftə ərzində istifadə oluna biləcək - Saleh Məmmədov

Cəmiyyət Materials 25 Avqust 2022 12:27 (UTC +04:00)
Laçın dəhlizinə alternativ yoldan yaxın bir həftə ərzində istifadə oluna biləcək - Saleh Məmmədov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Laçın şəhərindən keçmədən alternativ yolun çəkilişi 10 aya çəkilib istifadəyə verildi.

Trend-in məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. O bildirib ki, həmin yolun 10 kilometri Ermənistan ərazisindən keçir.

"Cənab Prezidentin tapşırığına əsasən 22 kilometr yolu Laçın şəhərindən keçmədən çəkdik. Ermənistan tərəfi isə üzərinə düşən öhdəliyi yerinə yetirə bilməyib və hələ də 10 kilometr yolu tikib başa çatdıra bilmədiyi üçün Qarabağda yaşayan erməni əhalisinin xahişi ilə biz yeni yola birləşən əlavə 4.8 kilometr yolun da çəkilişini üzərimizə götürdük. Artıq həmin yolu da çəkmişik. Yaxın bir həftə ərzində həmin yoldan istifadə oluna biləcək", - S.Məmmədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti