...

Elnur Rzayev Beynəlxalq Müəllimlər Günündə şəhid anasını evində təbrik edib (FOTO)

Cəmiyyət Materials 5 Oktyabr 2022 15:00 (UTC +04:00)
Elnur Rzayev  Beynəlxalq Müəllimlər Günündə şəhid anasını evində təbrik edib (FOTO)

Bakı. Tend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günündə şəhid Mahir Məmmədovun anası, 26 il pedaqoji fəaliyyətlə məşğul olan 68 yaşlı Timziyə Məmmədovanı yaşadığı evdə ziyarət edib. Şəhid anası ilə görüşdə icra başçısı onu təbrik edib, xoş arzularını çatdırıb. Elnur Rzayev şəhid anasını Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli xatirə hədiyyəsi ilə mükafatlandırıb.

Timziyə Məmmədova göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib. Qeyd edək ki, Timziyə Məmmədovanın oğlu Mahir Məmmədov ömrünün 17 ilini Vətənə xidmətə həsr edib. O, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Baş gizir Mahir Məmmədov ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti